Ana səhifə » Kixx

GS Caltex - Cənubi Koreyada 40 ildən çox enerji bazarının lideridir ! 1967-ci ildə Koreyanın ilk özəl neft şirkəti olaraq qurulub. Rafinaj qabiliyyətini ehtiva edən güclü infrastruktura malik GS Caltex, neft hasilati, neft və sürtkü istehsalı, neft kimya enerji sənayesində qabaqcıl mövqe tutur. Bununla yanaşı, GS Caltex maye qazdan istifadə edərək elektrik enerjisi mənbələri yaratmaq üçün yeni fəaliyyətlər həyata keçirir.

GS Caltex gündə 9,000 barel yanacaq və yağlar, 8,000 metr ton isə sürtkü yağları istehsal edir. Yüksək texnologiya və istehsalatla birlikdə, GS Caltex Koreya bazarında sürtkü yağları həcminə görə birincidir. Avtomobillərin, sənaye texnikalarının, dəniz nəqliyyatının və xüsusi əhəmiyyətli avanlıqların təyinatına görə 180-dən çox çeşidi olan Kixx Motor Yağları – GS Caltex məhsul xəttində əsas irəli çəkilən brendlərdən biridir.

Dünyanın 46-dan çox ölkəsinə öz məhsullarını ixrac edən GS Caltex özünü dünyanın məşhur sürtkü yağları istehsalçılarından biri hesab edir. Yüksək keyfiyyətli sürtkü yağlarının istehsalı üçün, şirkət keyfiyyət-nəzarət sistemlərini -  ISO 9001 / 14001, QS 9000 и ISO/TS 16949 - əsas tutaraq, öz zavodlarını texnoloji yenilikləri əsas götürərək tikir. GS Caltex öz yüksək səviyyəli məhsullarını Koreya höküməti daxil olmaqla, bir çox global şirkətlərə, o cümlədən, Volvo Tikinti Texnikalarına, Samsung Electroniksə, Hyundai və Kia Motorsa, LG Elektroniksə, LG Chemicals, POSCO, Hyundai Ağır Texnikalarına, Doosan şirkətlərinə təklif edir.

Kixx məhsulları Amerika Neft İnstutu (“API”) və Yapon Avtomobil Standartları Təşkilatı tərəfindən (“JASO”) sertikatlarlaşdırılıb.

Yüksək keyfiyyət göstəricilərinə malik Kixx sürtkü yağları GS Caltex şirkətinin təkmil texnologiyası, Kixx müasir baza yağları yağları və öncül global istehsalçıların paketləməsi ilə ərsəyə gəlir. 

Kixx sürkü yağlarını seçməklə, siz maşınınızın motorunu, transmissiya qutusunu və soyutma sistemlərini, çətin şərtlərdə, yüksək səviyyəli qoruyucuya etibar edirsiniz.

GS Caltex şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.kixxlube.ru

 

Partnyorlar
Openstat