Ana səhifə » Reinke

Reinke İstehsalat Şirkəti, Korporasiyası.

Müasir dövrdə elə bir dünya sənayesi lideri tapmazsınız ki, əsası qoyulduğu yerdə fəaliyyət göstərsin. Reinke ilə də eyni şey baş verir. Biz hələ də Deşler, Nebraskadayıq, o yerdə ki, 1954-cü ildə Riçard Reinke şirkətin əsasını qoymuşdu. Biz Deşlerdə – Amerikanın tam mərkəzində - öz köklərimizə və öz daimi alıcılarımıza yaxın yerdə qalmağı seçirik, çünki bu bizik. Biz bu ölkənin kənd təsərrüfatı məhsulları istehsalçılarının arasında yaşayır və işləyirik, bizim dilerlər isə bütün dünya ölkələrinin kənd təsərrüfatı məhsulları istehsalçıları arasında yaşayır və işləyirlər. Biz suvarma məhsulları sahəsində dünya lideriyik, ancaq qəlbən biz öz ölkəmizə xidmət edirik.

Ofislərimiz
Deşler, Nebraska
Pekin, Çin
San Luis Potosi, Meksika
Moşav Korazim, İsrail
Rostov, Rusiya
Venado Tuerto, Argentina

İstehsalat müəssisələrimiz
Deşler, Nebraska
Belvil, Kanzas
Pekin, Çin

 

Anbar kompleksləri
Deşler, Nebraska
Rostov, Rusiya
Yuhannesburq, Cənubi Afrika
Amarillo, Texas

 

Biz dünyanın ən böyük suvarma sistemi və komponentləri istehsalçılarından biriyik. 80 akrdan çox bir sahəni biz suvarma sistemləri və onların hissələrinin tərtib olunması, istehsalı və paylanmasına həsr etmişik və bizim öhdəliklərimizi yerinə yetirməyimizə və bacarıq səviyyəmizə şübhə yoxdur.

Bizim istehsalat zavodumuz 12 akr ərazidə yerləşir, üstü örtülüdür  və müasir texniki avadanlıqlardan və avtomatlaşdırılmış cihazlardan və keyfiyyətə nəzarət proseslərindən ibarətdir. Bizim işçilərin ixtisaslı mütəxəssis olduğunu nəzərə alsanız Reinke adı daşıyan qurğuların nə üçün bütün dünyada öz uzunmüddətli istifadəsinə, etibarlılığına və səmərəliliyinə görə tanındığını anlayacaqsınız.

Bütün dünyadan bir çox istehsalçılar daha yaxşı məhsuldarlığa nail olmaqda və suya qənaət etməkdə kömək olsun deyə Reinke  suvarma sistemini seçirlər. Biz aşağıdakı məhsulların istehsalına öz imzamızı atmışıq:

  • Dairəvi Suvarma sistemləri
  • Üfiqi Suvarma sistemləri
  • Fırlanan qolla künclərə suvarma sistemi
  • Xüsusi Suvarma Sistemi
  • İdarəetmə panelləri
  • Distansiyalı İdarəetmə Sistemləri
  • Dərəcəsini dəyişən suvarma sistemi
  • Komponentlərin və Su verilişi üçün Məhsulların geniş çeşidi

 

Biz dünyanın ən böyük suvarma sistemləri və komponentləri istehsalçılarından biriyik

 

Reinke şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.reinke.com

Partnyorlar
Openstat