Ana səhifə » Lizinq və Kreditlə satış

“Grand Motors” şirkəti müştərilərinə tam və yüksək səviyyədə xidmət göstərmək məqsədilə yerli və xarici banklarla əməkdaşlıq edərək, alınan texnikalara güzəştli lizinq və kredit də təklif edir. Bu məqsədlə, şirkət daxilində  lizinq şöbəsi  yaradılmışdır. Müştərilərə kredit və lizinqin alınmasında yardım göstərmək üçün şöbədə kredit və ya lizinqlə texnika almaq istəyənlərin imkanları təhlil edilərək, onlar üçün optimal şərtlər müəyyən olunur.

Lizinq şöbəsi öz növbəsində bu bank və lizinq şirkətləri ilə əlaqə qurmuşdur: Prior Leasing, Bank of Baku, Uni Lizinq, Ansar Lizinq, Parex Lizinq, Joint Lizinq, AG lizinq, Sənaye Lizinq,  Nikoil Lizinq, Standard Lizinq, Parabank

Şirkətimizin Lizinq şöbəsində müştəriyə lazımi sənədlər haqqında məlumatların verilməsi ilə  bərabər, şirkətin əməkdaşları tərəfindən onların hazırlanmasına da yardım edilir. Şöbədə həmçinin müştərilərə hansı bank və ya lizinq şirkətinin daha münasib olmasının müəyyənləşdirilməsində də köməklik göstərilir.

Partnyorlar
Openstat