Ana səhifə » Shantui

Shantui Construction Machinery  şirkəti brend olaraq  “SHANTUİ”  adlandırılır. Tikinti texnikalarının istehsalı üzrə ixtisaslaşan şirkət həmçinin tikinti texnikaları üçün ehtiyat hissələrinin də istehsalı ilə məşğuldur. Şirkətin səhmləri 1997-ci ildən bu günə kimi Şenzen Fond Birjasında satılmaqdadır.

SHANTUİ  şirkətinin 110-dan çox məhsul növü var. Bunlardan buldozer, greyder, frontal yükləyici, ekskavator, təkərli yükləyici, borudüzən texnika və digərlərini göstərmək olar.

Şirkət  İSO 9001 keyfiyyət və  İSO 14000 ətraf mühitin idarə edilməsi standartlarına cavab verir. SHANTUİ  şirkəti  Cin Milli  Patent Texnologiyaları idarəsi tərəfindən 21 mükafata layiq görülmüşdür.

Şirkət 1986-cı ildən bu günə kimi 4 000 ədəddən çox texnika ixrac etmişdir. Onun dünya üzrə 110 ölkədə dilerləri və 20-dən çox ölkədə ehtiyat hissələri üzrə satış dilerləri vardır.

SHANTUİ  2006-cı ildə ixracdan 79, 000, 000 USD və 2007-ci ildə isə ixracdan 134, 000, 000 USD  mənfəət əldə etmişdir. Şirkətin ixrac göstəriciləri onun mallarının beynəlxalq aləmdə nə qədər böyük hörmətə malik olmasından xəbər verir.

SHANTUİ  şirkəti haqqında ətraflı məlumat almaq üçün bu internet ünvanına daxil olun: www.shantui.com

Partnyorlar
Openstat